Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzində müxtəlif peşə kursu keçən bir qrup Vətən müharibəsi qazisi və digər sağlamlıq imkanları məhdud gənclər Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın təşkilatçılığı ilə dəvət olunmuş qonaqlar muzeydə nümayiş olunan "Anadır arzulara hər zaman Qarabağ" sərgisi və H.Z.Tağıyevin xatirə muzeyi ilə tanış olmuşlar. Sonda Vətən müharibəsinin qaziləri öz təəssüratlarını muzeyin rəy kitabına qeyd ediblər. Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək məqsədilə muzeyə belə ekskursiyaların davamlı şəkildə təşkil ediləcəyi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.