XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
26 Yanvar, 2022
Vətən müharibəsinin şəhidi Elnur Hacıyevin şəxsi əşyaları muzeyə təhvil verilib

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Elnur Yaqub oğlu Hacıyevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.       

Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. O, 2002-2006-cı illərdə Qobustan rayonunda, 2006-2011-ci illərdə Tovuz rayonunda, 2011-2015-ci illərdə Ağdam rayonunda, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə Kimya xidməti rəisi kimi hərbi qulluğunu davam etdirmiş, 2020-ci ilin fevralında  qüsursuz xidəmət edərək təqaüdə çıxmışdı.

Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 17-də Elnur Hacıyev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, bir qızı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə,  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Qeyd edək ki, mayor Elnur Hacıyevin şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna muzeyin əməkdaşı Esmira Rəhimovanın vasitəsilə təhvil verilib.

Təltifləri


 

  • Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • Медаль "100 лет (1918-2018) Азербайджанской Армии".png (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2018) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For service to the Fatherland order ribbon.png (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png — "Suqovuşanın azad olunmasına görə" medalı