Tuncdan hazırlanmış qədim sənət abidələrimiz içərisində bədii tərtibatı və işlənmə incəliyi ilə diqqəti cəlb edən nümunələrdən biri zoomorf asmalardır. Mingəçevir, Xaçbulaq, Çovdar və digər yaşayış-nekropol abidələrindən əldə edilmiş bu tunc asmalar mürəkkəb, tam işlənmiş formaları ilə seçilir və Azərbaycanın son tunc–erkən dəmir dövrü (e.ə. XII–IX əsrlər) metal emalı sənətkarlığının yüksək səviyyəsini əks etdirir. 1926-ci ildə Davud Şərifov tərəfindən Çovdardan tapılmış və muzeyə təhvil verilmiş quş formalı asma bu qrupun tipoloji-üslub xüsusiyyətlərini özündə cəmləşdirən xarakterik nümunədir. Hündürlüyü 6,2 sm, eni 2,3 sm, uzunluğu 7,7 sm olan bu nümunə Xocalı-Gədəbəy arxeoloji-mədəni birliyinə aid edilir.
Əşya mum üsulu ilə tökülərək, sonradan döymə, yonma, kəsmə və lehimləmə əməliyyatları ilə tamamlanan çoxmərhələli texnoloji prosesin məhsuludur.
Bu tip zoomorf asmalar öz dövründə, ehtimal ki, qadın geyim dəstinin tərkib hissəsi olmaqla yanaşı, quş obrazının ilkin dini-mifoloji təsəvvürlərlə əlaqəsini əks etdirən ovsuni-simvolik funksiya da daşımışdır. Bənzər tipli nümunələrin Mingəçevir və Xaçbulaq abidələrindən də məlum olması göstərir ki, söhbət yalnız lokal Çovdar tapıntısından deyil, Xocalı-Gədəbəy mədəniyyətinin geniş arealında yayılmış vahid bədii-texnoloji ənənədən gedir.
Beləliklə, müxtəlif texnikaların birgə tətbiqi ilə hazırlanmış bu tunc bəzək əşyası Azərbaycanın son tunc–erkən dəmir dövrü metal bədii sənətkarlığının, xüsusən zoomorf bəzək ənənəsinin formal-tipoloji təhlili üçün mötəbər mənbə olmaqla yanaşı, 1926-cı ildən başlayan muzey kolleksiyasının formalaşma tarixinin də bir hissəsi kimi elmi-muzeyşünaslıq əhəmiyyəti daşıyır.
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.