Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XVII–XVIII əsrin əvvəllərinə aid nadir bədii tərtibatlı qalxan mühafizə olunur. Diametri 75 sm olan bu iriölçülü müdafiə vasitəsi zəngin dekorativ işlənməsi ilə seçilir.
Qalxanın mərkəzi hissəsi qabarıq formada işlənmişdir. Kompozisiyanın əsas elementini mərkəzi umbon təşkil edir. Onu əhatə edən daha kiçik umbonlar isə radial şəkildə yerləşdirilmişdir. Qalxanın arxa tərəfinin konstruktiv quruluşunun təhlili göstərir ki, mərkəzi umbon insan sifətli günəş təsviri formasında ayrıca hazırlanaraq metal səthə qaynaq yolu ilə bərkidilmişdir. Kiçik umbonların hər biri də ayrıca hazırlanmış və qalxanın daxili tərəfində halqaların millərlə birləşmə nöqtələrini örtmək məqsədi daşımışdır. Onların səthi də insan sifətli günəş təsviri ilə bəzədilmişdir.
Mərkəzi umbondan 28 şüa radial istiqamətdə yayılır. Umbonların və şüaların səthi qızıl suyuna çəkilmiş dekorativ naxışlarla işlənmişdir. Qalxanın əsas səthi incə oyma texnikası ilə işlənmiş nəbati ornamentlərlə bəzədilmiş, budaq və yarpaq motivləri qızıl suyuna çəkilmiş detallar vasitəsilə vurğulanmışdır. Dekorativ kompozisiya ərəb qrafikası ilə işlənmiş yazılı haşiyə ilə tamamlanır.
Qalxanın kənarı boyunca dairəvi şəkildə əyilmiş latun lövhə bərkidilmişdir. Əşyanın iri ölçüləri, mürəkkəb konstruktiv quruluşu və zəngin bədii tərtibatı onun sırf döyüş məqsədli silah kimi deyil, mərasim və nümayiş funksiyası daşıyan əşya olduğunu ehtimal etməyə əsas verir. Bu baxımdan qalxanın saray mühitində interyerin dekorativ elementi kimi istifadə edilməsi mümkündür.
Qalxanın mərkəzi umbonunda təsvir olunan insan sifətli günəş obrazı Milli Azərbaycan Tarixi Muzeyinin vizual identikliyində xüsusi yer tutur və muzeyin loqotipinin əsas elementlərindən biri kimi istifadə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.