XƏBƏRLƏR
13 Dekabr, 2023
Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar muzeyin yeni ekspozisiyasında
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının müxtəlif mövzulara həsr olunmuş vitrinlərində maddi nümunələr, arxeoloji tapıntılar yer alır. Ziyarətçilərin tariximizlə bağlı təsəvvürlərinin formalaşmasında rol oynayacaq vitrinlərdən biri də “Qafqaz Albaniyasının sənətkarlığı və beynəlxalq ticarət əlaqələri” mövzusuna həsr olunmuşdur. Sənətkarlığın müxtəlif sahələrinə aid nümayiş olunacaq eksponatlar e.ə IV – b.e VII əsrlərini əhatə edir.
Qeyd edək ki, təqdim olunan vitrinin divarındakı parça qalıqları, toxuculuq dəzgahının qalıqları, saxsı, sümük və mərmər əyircəklər, taxta iy başlıqları (1946-1953-cü illərdə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır) Qafqaz Albaniyasında toxuculuq sahəsinin, aşağı hissədə yerləşdirilən saxsı qablar isə dulusçuluq sənətinin inkişaf səviyyəsini özündə ehtiva edir. Saxsı qablar müxtəlif illərdə Xınıslı (Şamaxı), Yaloylutəpə (Qəbələ), Ovçulu (Şamaxı), Mingəçevir və Nərgizava (Ağsu) abidələrindən tapılıb.
Sözügedən tarixi əhəmiyyətli eksponatlarla yaxın müddətdə tanış ola biləcəksiniz.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Bazar şəhər-zərbxanasının nadir sikkələri
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Əlişir Nəvaiyə həsr olunmuş filateliya materiallarını təqdim edirik
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini...
Muzeyin etnoqrafik kolleksiyasından təqdim etdiyimiz corab öz orijinal formasında bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat...
Muzeyin zəngin kolleksiyasından “Heyratı” naxışlı kəlağayını təqdim edirik
Azərbaycan qadınlarının milli geyim kompleksinin mühüm elementini baş geyimləri təşkil edir. Baş geyimləri arasından kəlağayını xüsusilə qeyd edə bil...
Muzeyin numizmatik kolleksiyasından nadir sikkələr: Sultan Məhəmməd dövrünün gümüş təngələri
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlular (Bayandurlular) dövləti hökmdarlarının hakimiyyətini təsdiq edən sikkələr qorunur...