Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunmuş corabı təqdim edirik. Corabın ən diqqət çəkici özəlliyi üzərində yer alan Azərbaycan xalçalarına xas ornamentlərdir. Təsvir olunan ev quşları isə mifoloji mənada bir simvolizmə malik ola bilər.
Qeyd edək ki, təqdim olunan eksponat üzərində muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən bərpa və konservasiya işləri aparılıb. Bərpa prosesi zamanı corabın üzərində bəzi sökülmüş ilmələr, zədələnmiş hissələr bərpa olunub. Eksponatın öz orijinalığına xələl gətirmədən ona ikinci həyat vermək mümkün olmuşdur. Eyni zamanda corabın bərpası və yenidən nümayişi onu növbəti nəsillərə ötürməyə kömək edir.