XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
02 Sentyabr, 2026
Əlişir Nəvaiyə həsr olunmuş filateliya materiallarını təqdim edirik

Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda görkəmli mütəfəkkirin 500 illiyinə həsr olunmuş 2 ədəd poçt markası qorunur.


1941-ci ildə çap edilmiş belə markaların hər birinin (uzunluğu 35 mm, eni 25 mm) mərkəzində əlində kitab olan Əlişir Nəvainin büstü təsvir olunub və rus dilində: “Aлишер Навои”, sol tərəfdə isə “1441 - 1941” yazılıb. Markaların hər birində nominal və “почта СССР” sözləri də qeyd olunub. 30 qəpik nominallı marka qəhvəyi və bej (şəkil 1), 1 rubl nominallı marka isə (şəkil 2) açıq və tünd yasəməni rənglərdədir.


Xatirə markaları tarixi yaddaşı, mədəni dəyərləri və ictimai mühitini xatırladan materiallardır. Belə materialların toplanması və tədqiqi muzeyşünas, sənətşünas, mənbəəşünaslar üçün maraq kəsb edir.