AMEA Milli Azərbaycan Tarixi Muzeyində, tarix elmləri doktoru (1966), əməkdar elm xadimi (1982), SSR Dövlət mükafatı laureatı (1986) Sara Aşurbəyliyə məxsus materiallar qorunur.
Bu gün-27 yanvar tarixçi-alim Sara Aşurbəylinin doğum günündən 116 il ötür. Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. Zəngin ailədə böyümüş, milli adət və ənənələrə uyğun şəkildə təlim və tərbiyə almış S.B.Aşurbəyli 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini bitirib.
1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültəsini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Qeyd edək ki, müəllifi Sara xanım olan “Göy-göl” adlı rəsm əsəri Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda qorunur.
Sara xanım Azərbaycan dram teatrında rəssam-dekorator, məktəbdə müəllim işləmiş, sonralar müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demişdir. Sara Aşurbəyli 1930-1933-cü illərdə Azərbaycan Tarixi Muzeyində Tarixi etnoqrafiya şöbəsində, 1956-1958-ci illərdə isə Orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
S.Aşurbəyli Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər AEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.
O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, 1966-cı ildə isə Tbilisidə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını almışdır. Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat etmişdir.
Böyük tarixçinin ömrünü verdiyi əsərləri onun vəfatından sonra müəllifin həyatını davam etdirməkdədir. Sara xanım bundan sonra da hələ neçə-neçə nəsillərin, tarixçilərin örnək mənbəyi olacaqdır.
Qeyd edək ki, Sara Aşurbəyliyə məxsus təqdim olunan materiallar muzeyin Sənədli mənbələr və Təsviri Materiallar fondlarında qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.