14 fevral 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyəti tərəfindən beynəlxalq master-klas keçirilmişdir. Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı beynəlxalq master-klasda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova iştirak etmişdir. Master-klasda muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin öyrənilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub. Tədbirdə NEMO-nun (Avropa Muzeyləri Şəbəkəsi Assosasiyası) Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) Muzey Assosiasiyalarının rəhbərlərindən ibarət olan İdarə Heyəti tərəfindən yuxarıda qeyd olunan mövzular üzrə təqdimatlar edildi.
Tədbirdə muzey işi ilə bağlı müzakirələr aparıldıqdan sonra muzey əməkdaşlarını maraqlandıran suallar xarici mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Həmçinin tədbirdə NEMO İdarə Heyətinin üzvlərinin Milli Azərbaycan Tarixi Muzeyini də ziyarət edəcəkləri qeyd olundu.