AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları tanınmış kino ustası Yaşar Nurinin yaşadığı evində olublar. Yaşar Nurininin yaradıcılıq fəaliyyəti haqqında xanımı Rəhimə Nuriyeva ilə söhbət etdikdən sonra aktyorun şəxsi əşyaları muzey əməkdaşlarına təqdim olunub.
Toplanan materiallar arasında "Humay" mükafatı, “Simurq” Milli Mükafat Fondunun diplomu, M.Əzizbəyov adına Dövlət Dram Teatrının vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin vəsiqəsi, yubiley dəvətnamələri, müxtəlif film və tamaşalarda rol aldığı səhnələrdən çəkilmiş şəkillər yer alır.
Görkəmli sənətkarın şəxsi əşyaları muzeyin Sənədli Mənbələr Elmi Fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə təhvil verilib.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.