Azərbaycanın xalq artisti (1932) Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı — 16 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycan professional musiqi teatrının banilərindən biri idi.
1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur. Sənətkarın XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olub. O, səhnəmizin əfsanəvi Məcnunudur. Sənətini musiqi incisi – "Leyli və Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuş və olacaqdır. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə 30 ildən artıq fəaliyyət göstərən H.Sarabski 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı.
Qeyd edək ki, Məcnun ("Leyli və Məcnun") rolunu ilk dəfə ifa edən Hüseynqulu Sarabskinin həmin rolda çəkilmiş fotoşəkili Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur. Həmçinin xalq artistinin digər materialları da muzeyin fondlarında qorunur və bu materiallar Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını tədqiq etmək baxımından əhəmiyyətlidir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.