XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 Fevral, 2022
Tarix Muzeyində azərbaycanlı və türkiyəli iş adamları ilə görüş keçirilib

Fevralın 19-da Milli Azərbaycan Tarixi Muzeyində azərbaycanlı və türkiyəli iş adamlarını birləşdirən MÜSİAD-ın (Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi) üzvləri ilə görüş keçirilib. Muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov görüş iştirakçıları qarşısında "Xeyriyyəçi iş adamı Hacı Zeynalabdin Tağıyevi yaxından tanıyaq" mövzusunda mühazirə ilə çıxış edərək, H.Z.Tağıyevin sahibkarlıq, ictimai, xeyriyyəçilik fəaliyyəti haqqında məlumat verdi. Mühazirə ətrafında aparılan müzakirələrdən sonra qonaqlar H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası ilə tanış oldular.

Xatırladaq ki, 2021-ci ilin sonunda əsası qoyulan MÜSİAD ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq əlaqələri çərçivəsində azərbaycanlı və türkiyəli iş adamları muzeyin Vətən Müharibəsi Fondunun zəruri avadanlıqla təchiz olunmasını öz üzərinə götürmüşdülər.