18 fevral 2022-ci il tarixində Türkiyə Cümhuriyyətinin Quşadası Mədəniyyət və Tarixi Mirasın Qorunması Dərnəyi tərəfindən “Kuşadası Digital Akademi Şubat Ayı Konukları və Konuları” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Elmi Fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Azerbaycan Koç Başlı Kabir Taşları (Azərbaycan qoç başlı qəbir daşları)” adlı məruzə ilə onlayn çıxış edib. Məruzə slayd nümayişi ilə iştirakçılara təqdim olunub. H.Əliyeva çıxışında Azərbaycandakı qoç başlı qəbir daşlarının öyrənilməsinin tarixindən, yayılma arealından danışıb.
Daha sonra son illərdə Azərbaycanın müxtəlif ərazilərindəki qoç fiqurlu məzar daşlarının epiqarfik tədqiqatları haqqında geniş məlumat verildi və bu sahədəki problemlər haqqında müzakirələr aparıldı.
H.Əliyeva müzakirələrdə xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmiş və yararsız vəziyyətə salınmış, türk-islam mədəniyyətini əks etdirən məzar daşları və kitabələr haqqında da məlumat verdi.
Sonda iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırıldı.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.