Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbərinin truppa üzrə köməkçisi Elnur Məmmədov tərəfindən tanınmış teatr və kino aktyoru Səyavuş Aslanın şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü (2002), "Şöhrət" (1995) və"Şərəf" (2013) ordenləri ilə təltif olunmuş, komik, faciə və dramatik rolların məharətli ifaçısı Səyavuş Aslanın təqdim olunmuş materialları arasında aktyorun anadan olmasının 50 illiyi münasibətilə təltif olunmuş Fəxri fərmanı (1985-ci il), Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanları yer alır.
Aktyorun şəxsi əşyaları muzeyin Sənədli Mənbələrin Elmi Fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə təhvil verilib.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.