AMEA Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub.
Muzeyin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində keçirilən eyni adlı interaktiv dərsdə Bakı-İstanbul liseyinin rus dili bölməsinin şagirdləri iştirak ediblər. Dərs muzeyin Foto-neqativ Materiallar fondunun müdiri Afət Kərimova tərəfindən keçirilib. Dərsin birinci hissəsində şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib, ikinci hissəsində isə intellektual oyun təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.