AMEA Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunmuş “Yurdumuza Novruz gəlir, yaz gəlir” adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsində Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Od çərşənbəsinə həsr olunmuş dərsdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayeva şagirdlərə Novruz bayramının və çərşənbələrin mahiyyəti, bayramla bağlı adət-ənənələr haqqında məlumat verib.
Sonra şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Keçəl ilə "yumurta döyüşü" oyunu və Novruz bayramı atributlarını uşaqlara tanıtmaq məqsədilə komandalar şəklində digər oyunlar oynayıblar.
Sonda şagirdlərə hədiyyələr paylanılıb və H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.