Bu gün milli teatrın əsasının qoyulmasından 149 il ötür. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Milli Azərbaycan Tarixi Muzeyinin nəfis tərtibatlı nəşrlərindən biri də “Bakının teatr həyatı” adlı kataloqudur (Bakı, 2013, 212 s.).
Kataloqun elmi redaktoru akademik Nailə Vəlixanlı, mətnin müəllifləri N.Vəlixanlı, t.ü.f.d. Zərifə Dulayevadır.
Kataloqda Bakıda bu gün öz maraqlı təqdimatları ilə tamaşaçıları sevindirən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, eləcə də müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı (1992) və “Planet Parni iz Baku-KVN” (2000) teatrının fəaliyyətinə dair Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında olan materiallar təqdim olunur. Kataloqda əks olunan materiallar əsasən müxtəlif fotoşəkillər, afişa və proqramlar, eləcə də nadir eksponatlar – teatr xadimlərinin şəxsi əşyaları, dekorasiya və rekvizit elementləri, təqdim olunmuşdur. Bu materiallar teatrların repertuarını öyrənmək, həmin teatrların müxtəlif dövrlərdə dəqiq adlarını müəyyənləşdirmək, benefis və yubileylərin kimə və nə vaxt həsr olunduqlarını bilmək baxımından böyük maraq doğurur. Muzeydə qorunan və bu gün nadir eksponatlar kimi qiymətləndirilən kolleksiyalar içərisində görkəmli mədəniyyət xadimlərinə məxsus kolleksiyalar xüsusi yer tutur. “Bakının teatr həyatı” kataloqu yeddi bölmədə təqdim olunan 870 adda eksponatı əhatə edir. Bölmələrin hər biri ayrı-ayrı teatrların və XX əsrin əvvəlində fəaliyyət göstərən həvəskar teatr truppalarının materiallarını özündə birləşdirir.
Qeyd edək ki, Muzeydə teatr tarixinə dair materialların toplama işi davam edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.