10 mart 2022-ci il tarixində Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, neft və qaz Muzeyi (Rusiya Federasiyası) və AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında anlaşma Memorandumu imzalanıb.
Onlayn baş tutmuş görüşdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik N.Vəlixanlı, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin müdiri Emin Dadadşov, Geologiya, neft və qaz Muzeyinin direktoru A.V.Pankov və həmin muzeyin əməkdaşları iştirak ediblər. Muzey əməkdaşları arasında onların maraqlarına cavab verən və əsas prioritet kimi böyük əhəmiyyətli elmi və mədəni-maarif proqramlarının təşkil edilməsini əks etdirən birgə layihələr haqqında danışıqlar aparılıb.
Daha sonra adı çəkilən muzeylər arasında anlaşma Memorandumu imzalanıb. Memorandumda hər iki muzeyin əhəmiyyəti nəzərə alınaraq, mədəni irsin qorunması, öyrənilməsi və təbliğinin, həmçinin elmi və mədəni əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.