10 mart 2022-ci il tarixində Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə “Özbəkistanın tətbiqi sənəti və sənətkarlığı: ənənələr və innovasiyalar” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Onlayn formatda baş tutmuş konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova “Роль орнаментов в произведениях искусства (НМИА по фонду изобразительных материалов)” (“Bədii əsərlərdə ornamentlərin rolu (MATM Təsviri materiallar fondunun materialları əsasında) mövzusunda çıxış etmişdir. N.Yusifovanın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzu ilə əlaqədar verilən suallar ətraflı cavablandırılmışdır.
Sonda konfrans materiallarından ibarət məqalələr toplusu və sertifikatlar iştirakçılara təqdim olundu.