Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdim olunan kitabda müasir dünyanın multikultural dəyərləri, “Azərbaycançılıq” ideologiyasının formalaşması öz əksini tapır.
Tədbirdə kitabın həmmüəllifi, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov "XIX-XX əsrin əvvəlləri Azərbaycan publisistikasında multikulturalizm və tolerantlıq ideyaları" mövzusunda məruzə ilə çıxış edib. Ə.Fərhadov Azərbaycan mütəfəkkirlərinin, ruhanilərinin yaradıcılığında dini vəhdət və xalqlar dostluğu mövzusundan bəhs edib.
Tədbirdə ADU-nun rektoru, kitabın ideya müəllifi, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, AMEA-nın, ADU-nun professor-müəllim heyəti də iştirak ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.