2021-ci ilin yanvar ayından Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondu üçün toplanan 2000-dən çox materiallar içərisində igid qəhrəmanımız Orxan Həsənovun da şəxsi əşyaları (tibb çantası, hərbi geyimi, 15 ədəd fotoşəkili) yer alır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, sanitar-atıcı, Vətən Müharibəsinin qazisi Orxan Həsənovun 30 yaşı tamam olur. Həsənov Orxan Vidadi oğlu 29.03.1992-ci ildə Quba rayonunda anadan olub. O.Həsənov 2010-cu ildə həmin rayonun orta məktəbini bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsində müddətli hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirib. 2020-ci ildə Vətən Müharibəsinin başlanmasından iki ay əvvəl Xüsusi təyinatlı qüvvələrə ezam olunaraq, təlimlərdə iştirak edib. Orxan Həsənov müharibə başlayanda taborun tibb qrupunun komandiri vəzifəsinə təyin olunub. Muzeyə verdiyi məlumata əsasən O.Həsənov üç gün yaralıları təxliyyə etdikdən sonra özü könüllü taborun 4-cü qrupunun sanitarı vəzifəsinə keçib. Döyüş zamanı yaralılara vaxtı-vaxtında ilkin tibbi yardım göstərib (100-dən çox yaralı hərbçini xilas edərkən istifadə etdiyi qayçısını xüsusi təəssüratlarla muzeyə təhvil verib).
O.Həsənov Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşlərində yaralandığına baxmayaraq təxliyə olunmaq istəməmiş, döyüşü davam etdirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün qazi Orxan Həsənov “Cəbrayılın azad olunmasına görə” “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Orxan Həsənov hal-hazırda Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirir.
Muzey adından qazimizi doğum günü münasibətilə təbrik edir, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.