Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Qayıdış” Gənclər Təşkilatının dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “1918-ci il 31 mart soyqırımı gerçəkləri” adlı tədbir keçirilib. Tədbir tariximizin ən qanlı səhifələrindən biri olan ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, baş vermiş qırğınlar və soyqırımı gerçəkləri haqqında məlumatları tarixi faktlarla gənclərə çatdırmaq məqsədilə təşkil olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi və soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi və əməkdaşları, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, könüllülər, qazilər və üzv gənclər iştirak ediblər.
Açılış niqtləri ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov tarixən erməni vandalları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətindən, xalqımızın soyqırıma və deportasiyaya məruz qalmasından danışıblar. Bildirilib ki, gənclərin bu tarixi gerçəklikləri dərindən öyrənərək həm yerli, həm də beynəlxalq platformalarda, müxtəlif internet resurslarında, qlobal sosial şəbəkələrdə geniş təbliği zəruridir. 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilərək, məhz Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-nin “Azərbaycanlıların soyqırımı günü” elan edildiyi vurğulanıb.
Daha sonra tədbirin xüsusi qonağı, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tərəfindən 31 mart soyqırımının səbəbləri, həyata keçirilməsi üsulları, nəticələri haqqında tarixi faktlarla ətraflı məlumat diqqətə çatdırılıb. Tariximizin qan yaddaşına yazılmış soyqırım cinayətlərinin heç zaman unudulmayacağını qeyd edən Musa Qasımlı tarixi həqiqətlərin öyrənilməsi, gənc nəsillər arasında təbliğ edilməsi, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib və bununla bağlı, Milli Azərbaycan Tarixi Muzeyində bu kimi tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib. Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.