Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin müdiri Emin Dadaşov “Bakıda törədilmiş 1918-ci il mart soyqırımı ekspert fotoqrafların obyektivində” adlı məruzə ilə çıxış edib. Gənc tədqiqatçı E.Dadaşov 1918-ci il 31 mart soyqırımını foto-sənədlər əsasında ətraflı izah edib. O, erməni vəhşiliklərinin necə təhrif olunduğundan danışıb. Eyni zamanda vurğulayıb ki, soyqırımlar 1905-ci ildən başlayıb və zaman-zaman təkrarlanıb. Bu hadisələr zamanı eyni ssenari ilə işgəncələr, vəhşiliklər törədilib.
Məruzə Azərbaycan Xalq Cümhuriyyəti Fövqəlaqə Təhqiqat Komissiyasının ekspert fotoqrafları tərəfindən çəkilmiş fotolarından ibarət təqdimat ilə müşaiyyət olunub. Sonda mövzu ilə bağlı suallar cavablandırılmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.