AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi, Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov 30 mart 2022-ci il tarixində İctimai radionun "Can Azərbaycan" verilişinin qonağı olmuşdur. Verilişdə Qobustan abidələrinin tədqiqat tarixindən, həmçinin, orada aparılan son araşdırmalardan söhbət açılmışdır. Aslan Qasımov Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Qobustan qayaüstü təsvirlərinin xronologiyasının dəqiq dövrləşdirmə metodları ilə müəyyən edilməsi" layihəsinin rəhbəridir. Layihə iştirakçısı Aybəniz Əhədova ilə bərabər layihə haqqında dinləyicilərə geniş məlumat verən natiq, aparılan araşdırmalarda əldə olunan nəticələrdən danışmış, sualları cavablandırmışdır
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.