Milli Azərbaycan Tarixi Muzeyində Aprel döyüşlərinin növbəti ildönümünə hazırlıq məqsədi ilə həmin döyüşlərin iştirakçıları ilə görüş keçirilib.
Görüşdə muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin əməkdaşları və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabit və qazi müəllimləri, Aprel döyüşlərinin iştirakçıları - mayor Ağabala Manafov, mayor Anar Nurəddinov və kapitan Səbuhi Mehdizadə iştirak ediblər.
Nəticədə muzeydə böyük Zəfərin başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq, gənclərin tarixi zəfərin başlanğıcı kimi yaddaşlarımızdan silinməyəcək önəmli hərbi tariximizi gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədilə elmi-praktiki seminar keçirilməsi nəzərdə tutulub. Elmi-praktiki seminarın proqramı zabitlərlə birgə müzakirə olunub, mövzuların müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparılıb.
Sonda şöbənin elmi işçisi Ləman Musayeva qonaqları H.Z.Tağıyevin xatirə muzeyi ilə tanış edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.