AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Universitetinin muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələri əyani şəkildə muzey işi ilə tanış olublar.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə və şöbənin əməkdaşı Mircavid Ağalarov tərəfindən gənc muzeyşünaslara muzeyin tarixi və strukturu haqqında məlumat verikdikdən sonra tələbələr fondda qorunan Xaçbulaq, Gəncə-Çovdar, Kültəpə, Tağlar, Azıx, Bəndovan, Gəncə, Qəbələ, Beyləqan kolleksiyaları ilə tanış olublar.
Həmçinin tələbələr muzeyin Bərpa laborotariyasında da olublar. Laboratoriyanın müdiri Afət Rüstəmbəyova və bərpaçı-rəssam Gülşən Hacıyeva tələbələrə metal, gil, kağız, parça və taxta məmulatının bərpasını praktik formada nümayiş etdiriblər.
Sonda muzeylə tanışlıq zamanı M.Ağalarov tələbələrə muzey ekspozsiyasının quruluşu, işıqlandırılması, təhlükəsizliyi və s. barədə qısa məlumat vermiş və onları maraqlandıran sualları ətraflı cavablandırmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.