Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə sürətlə inteqrasiya etməsi, mədəni mühitin bir hissəsi olması müasir muzeylərin də əsas hədəflərindəndir. Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin mühüm sosial vəzifələri sırasında digər ziyarətçilərlə bərabər xüsusi qayğıya ehtiyac olan insanlar üçün də bərabər imkanların yaradılması dayanır.
Milli Azərbaycan Tarixi Muzeyində müqəddəs Ramazan ayının ilk xeyriyyə tədbiri, “Xarıbülbül - Şuşanın simvolu” adlı ustad dərsi keçirilib. İnklüziv muzey prinsipi əsasında keçirilmiş tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin üzvləri iştirak edib.
Tədbir iştirakçılarına Xarıbülbül çiçəyi formasında aksesuar düzəldilmə və rənglənmə qaydası öyrədilib.
Qeyd edək ki, muzeydə sağlamlıq imkanları məhdud insanlar üçün müxtəlif mövzularda ustad dərslərinin keçirilməsi də nəzərdə tutulmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.