Azərbaycan xalqının böyük şəxsiyyəti, görkəmli yazıçı, həkim və ictimai-siyasi xadim Nəriman Nərimanov 1870-ci il 14 aprel tarixində Tiflis şəhərində anadan olmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş və məşhur xeyriyyəçi H.Z.Tağıyevin köməyi ilə tibb təhsili almışdır. Hələ gənc yaşlarında Bakıda kitabxana-qiraətxana açmış və ana dilində məktəblər üçün dərsliklər hazırlamışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları və Fotoneqtiv fondlarında ictimai xadim N.Nərimanova məxsus yazı ləvazimatı, qəzet, jurnal və bir sıra foto materiallar qorunur. Qeyd edək ki, həmin materiallar arasında Ali Pedaqoji İnstitutunun xəbərləri bölməsində İnstitutun təsisatının 3-cü il dönümünə həsr olunan sayında N.Nərimanovun müəllim və tələbələrə müraciəti (Bakı 1925-ci il), həmçinin N.Nərimanovun Həştərxanın ictimai xadimləri arasında fotosu da yer alır.
Xatırladaq ki, N.Nərimanovun 2020-ci il tarixində 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq bütün ölkədə, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində də mütəmadi olaraq silsilə tədbirlər keçirilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.