24 aprel 2022-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Rusiya Elmlər Akademiyası Sankt-Peterburq Tarix institutu və Peterburq İudaika institutunun bigrə təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “Yəhudilər dünya tarixi, mədəniyyət və siyasətində” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və şöbənin elmi işçisi Fuad Ağayev “XX əsrin birinci yarısında Bakı şəhərində kredit-maliyyə sisteminin inkişafında yəhudilərin roluna dair (Rusiya-Asiya bankının Bakı bölməsinin əməkdaşları – yəhudilərin fəaliyyəti barədə yeni məlumatlar)” (К вопросу о роли евреев в развитии кредитно‑финансовой системы города Баку в первой половине ХХ в. (новые материалы о деятельности евреев-сотрудников Бакинского отделения Русско-Азиатского банка) adlı məruzə ilə çıxış ediblər.
Məruzədə Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında qorunan sənədli mənbələr və fotomateriallar əsasında XX əsrin əvvəllərində Bakı şəhərində yəhudi icması nümayəndələrinin kredit-maliyyə və bank sahəsinə verdiyi töhfələr haqqında məlumat verilmiş, verilən suallar ətraflı cavablandırılmışdır.