Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov Türkiyənin Qaziantep şəhərində İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən keçirilmiş IV Beynəlxalq 23 Aprel Elmi Tədqiqatlar Konfransında məruzə ilə çıxış edib. Ə.Fərhadov "28 may və 23 aprel: türk-islam dünyasında dünyəviliyə gedən yol" adlı məruzəsində M.Ə.Rəsulzadə, M.K.Atatürk və digər türk ziyalılarının, ictimai-siyasi xadimlərin demokratik, dünyəvi cəmiyyət və milli dövlət qurma yolundakı fəaliyyətləri haqqında məlumat verib. Həmçinin Ə.Fərhadov cümhuriyyət ideyalarının mütərəqqi əhəmiyyətini qeyd edib. Sonda məruzəçilərə verilən suallar ətraflı cavablandırılıb və sertifikatlar təqdim olunub.
Konfransın materiallarının nəşr edilməsi nəzərdə tutulub.