Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov CBC kanalının “Bu Azərbaycandır!” sənədli silsilə filmlərindən olan “Səbayıl qəsri” filmində ekspert kimi iştirak etmişdir. 20 dəqiqəlik film Azərbaycan tarixinin ən maraqlı abidələrindən olan Bakı buxtasındakı Səbayıl qəsrinin tarixinə həsr edilmişdir. Film CBC kanalında 28 aprel 2022-ci il tarixində nümayiş olunmuş, daha sonra kanalın sosial şəbəkələri və youtube səhifəsində yerləşdirilmişdir.
Xatırladaq ki, 2020-ci ildə S.Əhmədovun müəllifi olduğu, Səbayıl qalasının tarixinə həsr olunmuş “Səbayıl” adlı monoqrafiyası İçərişəhər Qoruq İdarəsi tərəfindən nəfis tərtibatda çap olunmuşdur.
Filmlə bu keçiddə tanış ola bilərsiniz
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.