Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bir qrup gənc alim və mütəxxəsislərin muzeyə ekskursiyası təşkil edilmişdir.
Şura üzvləri ilk olaraq muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovla görüşüb. Görüşdə N.Vəlixanlı gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən akademik AMEA-da gənclərin elmi fəaliyyəti üçün geniş imkanların yaradıldığını da diqqətə çatdırıb.
Sonra H.Z.Tağıyevin ev-muzeyi və "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub, xatirə fotoları çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.