Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qarabağın dirçəlişi” adlı konfrans keçirilmişdir.
Konfransda muzeyin Arxeologiya Elmi Fond şöbəsinin əməkdaşları- t.ü.f.d., dosent Həbibə Əliyeva “Qarabağın epiqrafik abidələrinin indiki vəziyyəti və problemləri”, t.ü.f.d. Laçın Mustafayev “Qarabağın tarixi, arxeoloji irsi: Xocalı-Gədəbəy mədəniyəti” mövzusunda məruzə etmişlər. Həmçinin tədbir iştirakçılarına Milli Azərbaycan Tarixi Muzeyində qorunan Qarabağın maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilmişdir.
Foto-slaydla baş tutan çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.