Xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə anadan olub. Bu gün tanınmış ictimai xadim Ə.Topçubaşovun doğum günündən 159 il ötür.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun nüfuzlu şəxsiyyətlərinin fəaliyyəti ilə əlaqədar çox zəngin və müxtəlif səpkili materiallar mühafizə edilir. Onlardan bir neçəsi Əlimərdan bəy Topçubaşova aiddir. Əlimərdan bəyin siyasi fəaliyyətinin mühüm bir hissəsini Azərbaycanı Paris Sülh Konfransında təmsil edən nümayəndə heyətinə rəhbərlik və mühacirət dövrünün əməli işləri təşkil edirdi. Belə ki, muzeydə qorunan, 1923-cü il iyulun 12-də ABŞ ordusunun polkovnik-leytenantı Con Allan Rula yazdığı məktubunun üzərində Azərbaycan nümayəndəliyinin Parisdəki ünvanı göstərilməklə rəsmi ştampı və şəxsi imzası var. Məktubun zərfinin üzərinə də təmsilçiliyimizin möhürü vurulmuşdur.
Materiallar arasında Ə.Topçubaşovun Parisdə yaşadığı evinin üzərindəki xatirə lövhəsini əks etdirən və Azərbaycanın ictimai xadimləri Kamal Abdulla və Vilayət Quliyevin həmin binanı ziyarəti zamanı çəkilmiş fotoşəkillər də yer alır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.