XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
05 May, 2022
Muzey əməkdaşları beynəlxalq seminarda çıxış ediblər

AMEA Milli Azəraycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası və Böyük Britaniyada fəaliyyət göstərən Qafqaz Zaman Çərçivəsində Şəbəkəsinin (The Caucasus Through Time Network) birgə təşkilatçılığı ilə “Azərbaycanda müxtəlif identifikasiyalar üzərindən multikultural hekayələr: Antropoloji və Etnoqrafik yanaşmalar” adlı beynəlxalq seminar keçirilmişdir. Seminar Zoom platforması üzərindən baş tutmuşdur.

Qeyd edək ki, muzeyin gənc alimləri beynəlxalq seminarda öz tədqiqatlarından danışıblar. Azərbaycanda yaşayan müxtəlif etnik azlıqların etnoqrafiyasına həsr olunmuş seminarda muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Azərbaycan yəhudilərinə məxsus maddi-mədəniyyət nümunələri”, Azərbaycan Tarixinin Populyarlaşdırılması və Ekskursiyalar şöbəsinin əməkdaşı Sara Əhmədova “Vürtemberqdən Göygölə - tarixi etnoqrafik baxış”, Etnoqrafiya Elmi Fond şöbəsinin kiçik elmi işçisi Fəridə Xəlilovanın “Azərbaycanda həsirçilik sənətinin inkişafında talış qadınlarının rolu” adlı məruzələrlə çıxış etmişlər. Foto-slaydla baş tutan çıxışlar seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Bununla yanaşı, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov əcnəbi tədqiqatçıları muzeyə, birgə araşdırmaların aparılmasına dəvət etmişdir.