Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova Quba-Xaçmaz bölgəsində ezamiyyətdə olub. Ezamiyyətin əsas məqsədi Azərbaycanda yaşayan Axısqa türklərinin tarixi və mədəniyyəti ilə bağlı materialların toplanması olmuşdur. Bölgənin müxtəlif kəndlərində yaşayan Axısqa türklərinin nümayəndələri ilə görüş zamanı onların sürgün olunduqdan sonraki həyatı və mədəniyyəti ilə bağlı maraqlı məlumatlar və materiallar toplanmışdır. Ezamiyyət çərçivəsində Axısqa türklərinin “Vətən” cəmiyyətinin sədri Xalid Qazıyev və ailəsi ilə, Axısqa türklərinin şimal bölgə sədri Şah İsmayıl Zabitov, İsgəndər Paşaliyev, məşhur axısqalı rəssam Canpolad Qaharmanov ilə görüşlər keçirilmişdir.
X.Qazıyev sürgün faktlarını əks etdirən müxtəlif sənədləri muzeyə təqdim etmişdir. Ezamiyyət çərçivəsində Quba rayonu Ağbil kəndində Axısqa türklərinin ailəsində dünyaya göz açmış Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Batdal Bayraqdarovun ailəsi ilə görüş keçirilmiş və şəhidə məxsus materiallar muzeyə təhvil verilmişdir.
Vaxtilə Özbəkistandan ailəsi ilə Azərbaycana köçərək Quba rayonu Ağbil kəndində məskunlaşmış Axısqa türkü Mirdəst Əbibov şəxsi kolleksiyasından Axısqa türklərinə məxsus bəzi etnoqrafik nümunələri muzeyə hədiyyə etmişdir. Eyni zamanda Mirdəst Əbibovun qardaşı Musa Əbibov və ailələri, həmçinin Qaradağ Buduq və Ağbil kənd sakinləri ilə görüş zamanı Ramazan bayramının qeyd edilməsi və Axısqa türklərinin günümüzdə də yaşayan toy adətləri ilə bağlı məlumatlar da toplanmışdır. Xüsusilə Qaradağ Buduq kəndinin sakini Zeynəb Vəliyeva Axısqaların bu gün də yaşayan bir çox adətləri, yeməkləri və s. haqqında maraqlı məlumatlar vermişdir. Eyni zamanda müasir dövrdə Axısqa türklərinin evlərini əks etdirən fotoşəkllər çəkilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.