Azərbaycanın xalq musiqi alətlərinin çox qədim və zəngin tarixi var. İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi Azərbaycan müsiqisinin qədimliyinə əyani sübutdur.
Azərbaycan musiqi tarixində özünə mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izini saxlayır.
Belə qədim milli musiqi alətlərindən biri olan qaval bir üzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində məlumat verilmiş, miniatürlərdə də öz əksini tapmış, daha sonralar isə saray musiqi məclislərində geniş istifadə olunmağa başlamışdır. Tədqiqatçılar bunu həmin dövrdə Azərbaycanda muğam sənətinin sürətli inkişafı ilə də əlaqələndirmişdilər.
Təsadüfi deyil ki, qaval alətindən əsasən muğam ifaçıları – xanəndələr istifadə edir. Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada musiqi salonları, məclisləri, dərnəklər və musiqi məktəbləri yaranmışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin musiqi alətləri kolleksiyasından təqdim olunan qaval Azərbaycan xanəndəsi, Xalq artisti Xan Şuşinskiyə məxsus olmuşdur. Sonradan həmin qaval 1975-ci ildə Xan Şuşinski tərəfindən xanəndə Qədir Rüstəmova hədiyyə edilmişdir. Qaval muzeyə Qədir Rüstəmovun həyat yoldaşı Azadi Fatimə tərəfindən hədiyyə edilmişdir (1 fevral 2013-cü il).
Üzərində arfa təsvir edilmiş qavalın membranı balıq dərisindən, sağanağı qoz ağacından hazırlanmışdır. Qavalın sədəfdən bəzəyi, iç tərəfdən 62 ədəd halqası vardır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.