Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan materiallar arasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini özündə əks etdirən xeyli sayda eksponat mövcuddur. Belə nümunələrdən biri də 2022-ci ildə muzeyə təqdim edilmiş badya tipli gil qabdır. Təqdim olunan tam cilalanmış orta həcimli gil qab kasa formasındadır. Qara rəngli gil qabın gövdəsi bikonik formadadır, daxili səthi hamardır. Xarici səthinə gəldikdə isə boğaz nahiyəsi qoşa cızma xətlərlə üfüqi vəziyyətdə əhatələnib, gövdəsinin alt hissəsindən oturacağa qədər üfüqi qara boyalı düz xətlər çəkilib və oturacağı düzdür. Qeyd edək ki, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d , dos. Nasir Quluzadə həmin badya tipli gil qabın Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğunu və e.ə II minilliyin sonu I minilliyin əvvəli yerli dulusçular tərəfindən hazırlanması ehtimalını irəli sürmüşdür. Belə ki, muzeyin arxeoloji kolleksiyasında daimi mühafizə olunan oxşar qab nümunələri son tunc-erkən dəmir dövrlərinə aid Çovdar, Xaçbulaq və Redkin lager nekropollarından tapılıb.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.