XƏBƏRLƏR
31 Oktyabr, 2023
Muzeyin numizmatik kolleksiyasından nadir sikkələr: Sultan Məhəmməd dövrünün gümüş təngələri
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlular (Bayandurlular) dövləti hökmdarlarının hakimiyyətini təsdiq edən sikkələr qorunur. Ağqoyunlular dövlətinin hökmdarı Məhəmməd (903 - 905 = 1497 - 1499) dövrünün gümüş sikkələri- təngələr dövrün pul təsərrüfatının başlıca nominalını büruzə verməklə yanaşı, həm də mükəmməl kalliqrafik sənət əsəridir.
Dövrün başlıca zərbxanaları- Şiraz, Qəzvin, Ərzincanda istehsal edilən belə gümüş sikkələrə İslam dininə aid başlıca ifadələri, 4 İslam xəlifəsinin adları, hökmdarın adı və titulları, ona arzulanan sözlər, nadir hallarda isə zərbxana və zərb ili həkk edilirdi. Bu dövrün gümüş sikkələri say etibarilə qızıl və mis sikkələrdən artıqdır. İki il hakimiyyətdə olan hökmdar Məhəmmədin dövründə pul təsərrüfatında başlıca sikkə vahidi ağırçəkili gümüş təngə idi. Dövrün gümüş sikkələrinin möhürləri müxtəlif formalıdır və bəzi sikkələrə sikkəüstü zərbin tətbiq edilməsi onların təkrar istifadə üçün nəzərdə tutulduğunu göstərir. Ağqoyunlu dövrünə aid bu sikkələr arxeoloji tədqiqatlar nəticəsində Naxçıvan, Masallı rayonlarında və digər məkanlarda aşkarlanıb .
Qeyd edək ki, sözügedən gümüş sikkələr muzeyin yeni ekspozisyasında nümayiş olunacaq.
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini...
Muzeyin etnoqrafik kolleksiyasından təqdim etdiyimiz corab öz orijinal formasında bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat...
Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar muzeyin yeni ekspozisiyasında
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının müxtəlif mövzulara həsr olunmuş vitrinlərində maddi nümunələr, arxeoloji tapıntılar ye...
Muzeyin zəngin kolleksiyasından “Heyratı” naxışlı kəlağayını təqdim edirik
Azərbaycan qadınlarının milli geyim kompleksinin mühüm elementini baş geyimləri təşkil edir. Baş geyimləri arasından kəlağayını xüsusilə qeyd edə bil...
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: badya tipli gil qab
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan materiallar arasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qəd...
Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun şəxsi əşyaları muzeyə təqdim edilib
Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun şəxsi əşyaları (qısaqol hərbi köynək, 1 ədəd təşəkkürnamə, 1 ədəd Fəxri fərman, 5 ədəd fotoşəkil, 7 ədəd medal...
Qubalı Fətəli xanın baş daşı bərpa prossesində
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonlarına aid Qubalı Fətəli xana məxsus qəbir daşının ...
Muzeyin zəngin etnoqrafik kolleksiyasından qanovuz pərdə
Azərbaycanın ənənəvi məişətində daxili interyeri təşkil edən bir-birindən fərqli nümunələri nəzərdən keçirdikdə toxuculuqla bərabər tikmə sənətinin də...