Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun şəxsi əşyaları (qısaqol hərbi köynək, 1 ədəd təşəkkürnamə, 1 ədəd Fəxri fərman, 5 ədəd fotoşəkil, 7 ədəd medal vəsiqəsinin surəti və qol saatı ) şəhidin anası Kəmalə İsmayılova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim olunub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əfqan Ramil oğlu Nasirov 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olub. 2007-2018 illərdə Bakı şəhəri 71 saylı orta məktəbdə təhsil alıb və 2019-cu ildə Beyləqan rayonunda hərbi xidmətdə olub. Əfqan Nəsirov 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən Müharibəsində iştirak edib və oktyabrın 12-si Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Təltifləri
(15.12.2020) — “Vətən uğrunda “ medalı (ölümündən sonra)
(24.06.2021) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərindən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.