XƏBƏRLƏR
27 Noyabr, 2023
Muzeyin zəngin kolleksiyasından “Heyratı” naxışlı kəlağayını təqdim edirik
Azərbaycan qadınlarının milli geyim kompleksinin mühüm elementini baş geyimləri təşkil edir. Baş geyimləri arasından kəlağayını xüsusilə qeyd edə bilərik. Azərbaycanda milli geyimlərin hazırlanmasında ipək parçalardan istifadə olunduğu kimi kəlağayıların hazırlanmasında da əsasən ipəkdən istifadə olunub. Mütəxəssislərin fikrincə, hələ V-VI əsrlərdə Mingəçevirdə qızılı işləmələrlə hazırlanmış baş örtükləri– kəlağayının sələfi olan ipək yaylıqlar dəbdə olub. Azərbaycanda ipək parça emalı, parçanın rənglənməsi texnologiyalarının ən azı 300 yaşı var. XIII əsrdə isə italiyalı səyyah Marko Polo Şamaxı və Bərdədə toxunan ipək yaylıqların gözəlliyini təsvir edib. XVII əsrdə Azərbaycana gəlmiş holland səyyahı Yan Streys isə yazırdı ki, “Şamaxı bazarında xəz, gümüş və qızıl işləməli ipək yaylıqlar satılır”.
Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati və həndəsi təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Bu naxışlar arasında “Günəş”, “Səmayi-şəms”, “Haşiyə”, “Buta”, “Mədahil”, “Heyratı”, “Kəpənək”, “Aypara” və.s. daha məşhurdur.
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında qorunan “Heyratı” naxışlı kəlağayını təqdim edirik. Baş geyiminin yerliyi əsasən qara rəngdədir, üzərində sarı rəngli nəbati naxışlar mövcuddur. Mərkəzində xonça təsvir edilib və bu element onu digər kəlağaylardan fərqləndirir. Xonçanın kənarında saat əqrəbi istiqamətində həm buta, həm də nəbati təsvirlər əks olunub. Kəlağayının kənarında haşiyə və iri buta təsvirləri mövcuddur. Həmin kəlağayı Basqalda hazırlanmış və 1933-cü ildə muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiya zamanı əldə edilmişdir.
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini...
Muzeyin etnoqrafik kolleksiyasından təqdim etdiyimiz corab öz orijinal formasında bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat...
Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar muzeyin yeni ekspozisiyasında
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının müxtəlif mövzulara həsr olunmuş vitrinlərində maddi nümunələr, arxeoloji tapıntılar ye...
Muzeyin numizmatik kolleksiyasından nadir sikkələr: Sultan Məhəmməd dövrünün gümüş təngələri
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlular (Bayandurlular) dövləti hökmdarlarının hakimiyyətini təsdiq edən sikkələr qorunur...
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: badya tipli gil qab
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan materiallar arasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qəd...
Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun şəxsi əşyaları muzeyə təqdim edilib
Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun şəxsi əşyaları (qısaqol hərbi köynək, 1 ədəd təşəkkürnamə, 1 ədəd Fəxri fərman, 5 ədəd fotoşəkil, 7 ədəd medal...
Qubalı Fətəli xanın baş daşı bərpa prossesində
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonlarına aid Qubalı Fətəli xana məxsus qəbir daşının ...
Muzeyin zəngin etnoqrafik kolleksiyasından qanovuz pərdə
Azərbaycanın ənənəvi məişətində daxili interyeri təşkil edən bir-birindən fərqli nümunələri nəzərdən keçirdikdə toxuculuqla bərabər tikmə sənətinin də...