Azərbaycanın ənənəvi məişətində daxili interyeri təşkil edən bir-birindən fərqli nümunələri nəzərdən keçirdikdə toxuculuqla bərabər tikmə sənətinin də yüksək inkişafının şahidi oluruq. Azərbaycanda güləbətin, təkəlduz, pilək, muncuq və bir sıra digər tikmə növləri mövcud olmuşdur. Onların sırasında pilək tikmə sənəti qədim tarixə malikdir. Milli Azərbyacan Tarixi Muzeyinin zəngin pilək tikmə kolleksiyasından öz bədii tərtibatı və növ etibarilə seçilən qanovuz pərdəni təqdim edirik. Muzeyin Etnoqrafiya fondunda qorunan bu unikal sənət incisi 1883-cu ildə ərsəyə gəlmişdir. Pərdənin mərkəzi hissəsində stilizə edilmiş ağac və kənarlarda pilək tikmə növü üçün xarakterik olan gülabdan təsvirləri verilmişdir. Eksponatın kənar haşiyələri isə fərqli rəngdə piləklərdən ibarət gül naxışları ilə bəzədilmişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.