XƏBƏRLƏR
25 Sentyabr, 2023
Qubalı Fətəli xanın baş daşı bərpa prossesində
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonlarına aid Qubalı Fətəli xana məxsus qəbir daşının bərpaya ehtiyacı olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib.
Qeyd edək ki, 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat edən Fətəli xan Bakıda Bibiheybət məscidinin həyətində dəfn olunmuşdur. XX əsrin 30-cu illərində isə Fətəli xanın baş daşı Azərbaycan Tarix Muzeyinə təqdim edilmişdir. Oniks daşından hazırlanmış sözügedən qəbir daşı üzərində hazırda bərpa-konservasiya işləri aparılır. Bərpadan öncə üzərindəki boya qalıqları polaroid maddə vasitəsi ilə konservasiya edilmiş və daşın üzərindəki firuzəyi, bənövşəyi, qızılı boya qalıqları daha aydın formada üzə çıxmışdır. Eksponatın üzərindəki ləkələr xüsusi maddələrlə- kimyəvi və mexaniki üsulla təmizlənərək, daşın təbii rəngi geri qaytarılmışdır.
Eksponatın konservasiya və bərpa işləri muzeyin bərpaçı-rəssamı İbrahim Hacıyev tərəfindən icra olunur.
Sözügedən eksponat bərpa prossesindən sonra muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında “Dərbəndnamə”nin nadir nəşri qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında Azərbaycanın, Qafqazın, İslam Şərqinin, Rusiyanın və digər regionların tarixinə dair minlərlə nəşr qo...
Milli Azərbaycan Tarixi Muzeyində XVII–XVIII əsrin əvvəllərinə aid qalxan qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XVII–XVIII əsrin əvvəllərinə aid nadir bədii tərtibatlı qalxan mühafizə olunur. Diametri 75 sm olan ...
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Bazar şəhər-zərbxanasının nadir sikkələri
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Əlişir Nəvaiyə həsr olunmuş filateliya materiallarını təqdim edirik
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini...
Muzeyin etnoqrafik kolleksiyasından təqdim etdiyimiz corab öz orijinal formasında bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat...