Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva Tatarıstan Respublikası Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türkoloji “Rusiyada islam: tarix, mədəniyyət, iqtisadiyyat”adlı beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir. F.Qəniyeva “Qloballaşmanın Qafqaz xalqlarının qida identikliyinə təsiri” adlı məruzəsində dünya xalqlarının etnik müxtəlifliyini əks etdirən maddi mədəniyyət nümunəsi, ənənəvi mədəniyyət elementi-qida və onunla əlaqəli olan mərasimlər haqqında məlumat vermişdir. Həmçinin müəllif qeyd edib ki, qloballaşma dövründə Azərbaycan xalqının qida psixologiyası və fəlsəfəsi təkmilləşib, müxtəlif dəyişikliklərə uğrasa da, öz identikliyini qoruyub saxlamışdır.
Konfrans materialları nəşr olunacaq.