Həkim-rəssam Rauf Canıbəyov muzeyin Təsviri Materiallar fonduna iki əsərini ("İçərişəhər 2", "İçərişəhər 4") hədiyyə edib.
Qeyd edək ki, həkim, eyni zamanda həvəskar rəssam kimi fəaliyyət göstərən, yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları müxtəlif olan R.Canıbəyovun yaradıcılığının əsas hissəsini Bakı ilə bağlı mövzular təşkil edir. Onun muzeyə təqdim etdiyi hər iki əsərində milli memarlıq ənənələrimizi özündə qoruyan və hazırda tarixə düşən, özünəməxsus sadəliyi ilə bərabər möhtəşəmliyini birləşdirən məkanın-İçərişəhərin unikallığını mükəmməl ifadə edə bilmişdir.
Xatırladaq ki, Rauf Canıbəyovun 8-15 aprel 2022-ci tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində “Köhnə Bakı fırça yaddaşında” adlı fərdi sərgisi baş tutmuşdur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.