Rəşid bəy İsmayıl oğlu Əfəndiyev 1863-cü il may ayının 24-də Şəki şəhərində anadan olmuşdur. Hələ XIX əsrin 80-cı illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk “Qan ocağı” pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur. İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etmiş, 8 il Tiflis idareyi-ruhaniyyəsində katib müavini vəzifəsində çalışmış və 16 il Qori seminariyasında müəllim işləmişdir.
Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən olmuş, ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. Bununla yanaşı səhnə əsərləri yazmış, birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil etmiş, hətta şəxsən artist kimi iştirak etmişdir. Rəşid bəyin “Qan ocağı”ndan başqa, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis səfərləri”, “Diş ağrısı”, “Təbiətdə əhvaliməişət” adlı dramları vardır. Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan Firdovsidən “Rüstəm və Söhrab” əhvalatını, Şillerdən “Cam” adlı mənzuməni tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə getmişdir. Görkəmli maarif xadimi, nasir Rəşidbəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də vəfat etmişdir.
Hal hazırda Şəki şəhərində Rəşidbəy Əfəndiyevin ev-muzeyi fəaliyyət göstərir.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Rəşidbəy Əfəndiyevə aid bir çox materiallar qorunur. Gələn il görkəmli nasir Rəşidbəy Əfəndiyevin 160 illik yubileyi ilə əlaqədar muzey materialları əsasında kataloqun hazırlanması nəzərdə tutulub.
Təqdim olunan fotoşəkil isə muzeyin Köməkçi Materialları fondunda mühafizə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.