Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Kadrlar üzrə şöbə müdiri Gülşən Əliyevanın 60 illik yubileyidir.
Gülşən Əliyeva 26 may 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1980-ci ildə katibə makinaçı vəzifəsinə işə qəbul olunub, 2004-cü ildən isə muzeyin Kadrlar söbəsinin müdiri vəzifəsində çalışır. Yüksək mədəniyyəti ilə həmkarlarının rəğbətini və hörmətini qazanmış G.Əliyeva işlədiyi 42 il ərzində peşakarlıq fəaliyyəti, öz üzərində işləmək bacarığı ilə seçilmişdir. Gülşən Əliyeva öz vazifəsinin öhdəsindən layiqincə gəlmiş, muzeyə yüksək ixtisaslı kadrların cəlb olunmasında böyük əməyi olmuş və bu işə xüsusi diqqət yetirmişdir. AMEA Rəyasət Heyətinin və Hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair təşkil olunmuş seminarlarda iştirak etmişdir.
G.Əliyeva 2017-ci ilədək Həmkarlar Təşkilatının sədri və Muzeyin Elmi Şurasının üzvü olmuşdur. Ona həvalə olunan Həmkarlar Təşkilatının sədri vəzifəsini bacarıqla yerinə yetirmişdir. Əməkdaşlara öz köməyini əsirgəməmiş, onların problemini dinləmiş və həll etməyə çalışmışdır. Əmək fəaliyyətindəki uğurlarına görə 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilmişdir.
Əzmkar, məqsədyönlü, qayğıkeş, xoşrəftar bir insan olan Gülşən Əliyeva vicdanlı və keyfiyyətli işinə görə dəfələrlə müdiriyyət tərəfindən mükafatlandırılmışdır. Bu illər ərzində kollektivin hörmətini qazanmışdır. Muzeyin ictimai hayatında fəal İştirak etmiş, çalışqan və məsuliyyətli bir əməkdaş kimi tanınmışdır.
Muzeyin kollektivi adından yubiley münasibətilə Gülşən xanımı təbrik edir, ona can sağlığı və yeni uğurlar arzu edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.