Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli bayramıdır.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı.
Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
28 May Müstəqillik Gününün ərazi bütövlüyümüzün bərpa edilməsi şəraitində qeyd olunması qürurvericidir. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən Müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hərkəsdə böyük sevinc, qürur hissi yaşatdı. Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız 28 May - Müstəqillik Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir.
Qeyd edək ki, təqdim olunan rəsm əsəri Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri Materiallar fondunda qorunur. Həmçinin Cümhuriyyət tariximizlə bağlı muzeyin digər fondlarında da çox dəyərli materiallar mühafizə olunur. Bu materiallar AXC dövrünün tədqiqi üçün əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.