Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə olunan tapıntıların bir hissəsini Ağsu rayonunun Nərgizava nekropolu və ətrafından tapılmış bədii metal nümunələri təşkil edir. Bu nümunələr arasında 2010-cu ildə təsadüfən tapılmış və elə həmin ildə muzeyə təhvil verilmiş atlı fiquru da yer alır. Həmin fiqur tuncdan olub, tökmə, əymə, lehimləmə üsulları ilə hazırlanmışdır. Atın alın hissəsi zireh təbəqəsi ilə örtülmüşdür. Quyruğu dik olub, geriyə doğru qatlanmışdır. Atın üzərində insan fiquru var. Atlının başı halqavari olub, ilgək vəzifəsini yerinə yetirir. Atlı hər iki əli ilə atın boynundan yapışmış vəziyyətdədir. Bu və ya digər əlamətlərinə görə atlı döyüşçünü xatırladır. Onun hazırlanma dövrünə gəldikdə isə, bu maraqlı muzey eksponatı mütəxəssislər tərəfindən antik dövrə və ya e.ə. III-II əsrlərə aid edilir.ıu
Qeyd edək ki, təqdim olunan bədii metalişləmə nümunəsi antik dövrdə Şirvan sənətkarlarının metalın, o cümlədən tuncun ərimə xüsusiyyətlərinə yaxından bələd olduqlarını bir daha təsdiq edir. Həmçinin mürəkkəb məzmunlu tunc məmulatın böyük zövqlə hazırlanması Şirvan sənətkarlarının yüksək peşəkarlığından da xəbər verir.
Bu maddi mədəniyyət nümunəsindən antik dövrdə Qafqaz Albaniyasında metalişləmənin və hərb sənətinin inkişaf səviyyəsini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər.
Atlı fiquru muzey ekspozisiyasını ziyarət edənlər üçün də maraqlı eksponatlardan sayılır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.