AMEA Milli Azərbaycan Tarixi Muzeyində xəlvətiyə təriqətinə mənsub, XVIII əsrin sonlarına aid olan sufi əmmaməsinin üzərindəki rekonstruksiya işləri davam edir.
Hal-hazırda əmmamənin rekonstruksiya işlərinin ikinci mərhələsi yekunlaşıb. Belə ki, əmmamənin yaşıl sarğısının alt hissəsindəki ağ parçadan və pambıq dolğudan ibarət olan element demontaj olunmuşdur. Eksponatın orijinal materiallarını və hazırlanma texnikasını saxlamaq şərti ilə təmizlənmə və dezinfeksiya işləri aparılmış, konservasiya edilərək orijinal görünüşü bərpa edilmişdir.
Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən eksponatın rekonstruksiya işlərinin üçüncü mərhələsinə start verilib.
Əmmamənin bərpa işlərinin ilkin mərhələləri ilə keçidlər vasitəsi ilə tanış ola bilərsiniz.
http://azhistorymuseum.gov.az/az/news/3633
http://azhistorymuseum.gov.az/az/news/3861
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.